Karantinin pozulmasına görə cərimələrlə bağlı - Qərar verildi

Karantinin pozulmasına görə cərimələrlə bağlı - Qərar verildi Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:
Bununla da büdcə gəlirlərinə bundan sonra sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələrlə yanaşı, karantin rejiminin pozulmasına görə cərimələr də daxil olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər