Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə yeni təhsil proqramlarının təsdiqləndiyi və yeni təhsil proqramları barədə rəsmi “Facebook” səhifəsində məlumat paylaşıb.
Yeni təhsil proqramlarına əsasən dövlət imtahanı kimi tanınan yekun dövlət attestasiyası (YDA) ləğv edildi. Təcrübənin ənənəvi formada keçirilməsi dayandırıldı. Təcrübə və YDA üçün nəzərdə tutulan 30 kredit “Karyera planlaması”, “Yumşaq vərdişlər”, “Sərt vərdişlər” tamamilə yeni formada təşkil olunacaq “Təcrübə/ Capstone” arasında bölüşdürüldü. Xarici dilin tədrisi iki ilədək uzadıldı. Dərslərin təşkilində 1+3 modeli əsas götürüldü. İxtisaslar arasında 70 faiz eynilik təmin edildi və universitet daxilində ikili diplom (UDİD) modelinin reallaşması üçün imkan yaradıldı. Yəni, dörd il ərzində iki fərqli ixtisas üzrə iki diplom almaq mümkün olacaq. Tələbələr başqa ixtisasın ixtisas fənlərinin 16-18 kreditini almaqla kiçik ixtisas (“Minor”) qazana biləcəklər. “Minor”dan UDİD-ə keçid və yaxud UDİD-dən “Minor”a keçid mümkün olacaq. Fənlərin sayı 42-dən 34-ə endirildi və ixtisas fənlərinin sayı isə 8-dən 11-ə artırıldı. Tələbələrin həftəlik dərs yükü hazırda mövcud olan təqribən 26 saatdan orta hesabla 20 saata endirildi. Dərslər 4 gün ərzində təşkil ediləcək və s.
Xatırladaq ki, bu il iyulun 9-da Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə yeni təhsil proqramları təsdiq edilib. Yeni proqramlar milli təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılması, tələbə mobilliyinin artırılması, tələbələrin müvafiq kompetensiyalarının, eləcə də yumşaq və sərt vərdişlərinin formalaşdırılması, məzunların əmək bazarının tələblərinə cavab verməsi, tələbələrin daha çox sərbəst işləmələrinin stimullaşdırılması və s. istiqamətdə ciddi bir addımdır. Proqramların hazırlanması zamanı “Top 25” universitetlərin təcrübəsi əsas götürülüb, kompetensiyalar işəgötürənlərlə razılaşdırılıb.
Tehsil-press.az