Tələbə və məzunlarını iş dünyasına hazırlamaq üçün müvafiq tədbir, proqram və layihələr həyata keçirən Azərbaycan Universiteti bu istiqamətdə daha bir yeniliyə imza atır. Belə ki, növbəti tədris ilindən başlayaraq tələbələrin 4 ilə 2 diplom ala biləcəkləri Universitetdaxili İki Diplom (UDİD) Proqramının tətbiqinə start verilir.
Yüksək göstəricilərlə oxuyan tələbələrin müraciət edə biləcəkləri proqram bakalavriat pilləsində təhsil alan tələbələrə şamil olunur. Proqrama qoşulan tələbələr ikinci ixtisas üzrə əlavə təhsil alaraq iki ayrı ixtisasa yiyələnə biləcək, rəqabətqabiliyyətli mütəxəssis kimi yetişəcək və əmək bazarında manevr imkanlarını artıracaqlar.
Universitetin birinci kurs tələbələri artıq proqramın məqsədi, şərtləri və qəbul qaydaları ilə tanış olublar. Onlar üçün keçirilmiş təqdimatda qeyd olunub ki, proqrama I kursu bitirmiş, əsas ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, təhsil aldığı ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85 -100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
Azərbaycan Universitetində hər hansı iki ixtisas üzrə UDİD proqramının açılması üçün həmin ixtisasların tədris planlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi ilə eynilik təşkil etməlidir. İkinci ixtisasa yiyələnmək üçün yalnız fərqli ixtisas fənlərini dinləyərək, müvafiq kreditləri toplamaq tələb olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi