Ayaz Mütəllibovdan xalqa müraciət: Dövlətimizin, ordumuzun yanında olaq

Ayaz Mütəllibovdan xalqa müraciət: Dövlətimizin, ordumuzun yanında olaq Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov son günlər Ermənistan hərbi birləşmələrinin dövlət sərhəddimizdə növbəti genişmiqyaslı hücum cəhdindən sonra yaranmış gərgin situasiya ilə bağlı xalqa, siyasi qüvvələrə müraciət edib.
Müraciətdə deyilir:
“Vətənimiz, xalqımız növbəti dəfə ağır bir sınaq, imtahan qarşısındadır. Bir tərəfdən pandemiya - xəstəlik elan olunmamış “müharibə”ni davam etdırir və bunun törətdiyi fəsadlar olduqca ağırdır: istər insan təlafatı, istərsə də iqtisadi zərərləri göz qabagındadır. Digər tərəfdən isə ermənilərin son xain hucumları əsgər balalarımızın, hətta general, polkovnik və mayorlarımızın şəhid olmasına, gərginliyin daha da artmasına gətirib çıxardıb.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman general, zabit və əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlıği verir, “Allah rəhmət eləsin!”, “Vətən sağ olsun!” deyirəm.
Xalqın səbr kasası haqlı olaraq daşıb... Axı nə qədər gözləmək olar? Nə qədər bu təcavüzkar Ermənistanın nazı ilə oynamaq olar?..
Axıdılan qanlara, nahaq qurbanlara görə bütün məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Erməni siyasətbazları bu vəziyyətdə belə, yenə də öz riyakarlıqlarından əl çəkmirlər. Bütün dünya Azərbaycanın haqq tərəf olduğunu çox gözəl bilir və beynəlxalq hüquq, qanunlar bizim tərəfimizdədir. Amma 30 ilə yaxındı, biz zülm altındayıq, ərazilərimiz işğal olunub. Belə bir vəziyyətdə isə bir sıra təşkilat və dövlətlər bizdən güzəşt tələb edirlər - böyük haqqsızlıqdır. Təcavüzkar tərəf Ermənistandı və onlar dərhal torpaqlarını azad edib öz ərazilərinə çəkilməli və soydaşlarımız öz dədə-baba yurdlarına sahib çıxmalıdır. Çünki xalqımız bu işğalla heç zaman barışmayıb və barışmayacaq da...
Söylədiyim bu fikirləri ölkə rəhbəri olduğum zaman bütün beynəlxalq görüşlərdə vurğulamışdım. Bütün ölkə rəhbərlərini, super dövlətləri Azərbaycan xalqının öz torpaqlarını heç zaman heç kimə güzəşt etməyəcəyi barədə xəbərdar etmişdim. Bu qün qeyrətli gənclərimiz öz əməlləri ilə xalqımızın bu əzmini sübut edirlər...
Son hadisələrə gəldikdə isə onu deyə bilərəm ki, bir nəfər kimi hamı siyasi baxışından, əqidəsindən asılı olmayaraq dövlətin ətrafında sıx birləşməlidir. Düşmən tərəf ilk növbədə bizim milli birliyimizi pozmağa çalışaraq aramıza təxribat, düşmənçilik toxumu səpməyə cəhd edir...
1991-1992-ci illərin hadisələrini yada salsaq, kifayət edər... O zaman da Prezident kimi mən nə qədər çalışsam da, müxalif qüvvələri dəfələrlə müstəqilliyimiz, ərazi bütövlüyümüz naminə dialoqa dəvət etsəm də və bu istiqamətdə konkret addımlar atsam da, faydası olmadı. Hakimiyyətə müxalifyönlü bəzi şəxslər və qruplar xarici mərkəzlərin sifarişi ilə bütün nifrəti erməni təcavüzkarlarının üzərinə yox, Prezidentin hakimiyyətinə doğru yönəltdilər. Halbuki, dövlətin, xalqın, ərazimizin müdafiəsində birbaşa məsuliyyət mənim üzərimdə idi . Qəsbkar qonşularımıza qarşı birgə mübarizə əvəzinə, hakimiyyətlə, Prezidentlə mübarizəni üstün tutub dövləti iflic vəziyyətinə saldılar. Nəticədə xalqla rəhbərlik arasında dərin uçurum yarandı, düşmənə qarşı müqavimətimiz zəiflədi ki, bu da torpaqlarımızın işğalına yol açdı. Bu faktı yanız indi o vaxtkı siyasətçilərin böyük əksəriyyəti qəbul edir. Uzun illər biz o illərin “demokrat” adlanan müxalif qüvvələrinin xain əməllərinin əziyyətini çəkdik və hələ çəkməkdə davam edirik...
Amma bu gün vəziyyət tamam fərqlidir. Məndə olan məlumata qörə, əksər siyasi qüvvələr bu çətin, həssas qünlərdə dövlətin və Prezidentin yanında olduqlarını dilə gətiriblər. Alqışlanmağa layiq bir haldı. Həqiqətən də övladlarımızı itirdiyimiz, şəhid verdiyimiz bir vaxtda öz ambisiyalarını güdmək, bu çətin şəraitdən istifadə etmək Xalqa, Dövlətə qarşı xəyanətdən başqa bir şey deyildir. Öncə dediyim kimi, zamanında mən bu xəyanətlə ağır bir formada üzləşdim. İmkan vermək lazımdı ki, dövlət bütün fikrini, gücünü və potensialını düşmənlə, təcavüzkarla mübarizəyə yönəltsin. Təxribatlar törətməklə, xalqın içində çaxnaşma, panika yaratmaqla düşmənin dəyirmanına su tökmək Vətənə xəyanət kimi qiymətləndirilməlidir!..
Bu gün bizim şox güclü, professional, hazırlıqlı ordumumuz var. Bütün lazımi texnika və silahlarla təhciz olunmuşuq, bir vaxlar biz yalnız bunu arzu edə bilərdik. Tam əminliklə demək olar ki, ordumuz torpaqlarımızı qeri qaytarmağa, bütün ərazimizdə suverenliyimizi bərpa etməyə qadirdir. Üstəgəl dövlət başçısı Prezident İlham Əliyev də bu istiqamətdə qətiyyət nümayiş etdirir. Onun son çıxışlarını izlədikdə bunun şahidi oluruq. Gəlin hamımız bir xalq olaraq dövlətimizin, ordumuzun yanında olaq . Və yalnız sözlə, şüarlarla kifayətlənməyək. Faktiki əməllərimizlə bunun belə olduğunu sübut edək.
Mən də bir eks-prezident, keçmiş dövlət başçısı kimi bir daha bütün xalqı həyati vacib məsələdə dövlətimizə, ordumuza dəstək verməyə, arxa olmağa çağırır, təxribatlara uymamağa, nizam-intizamlı olmağa, ən əsası, olduqca ayıq-sayıq olmağa çağırıram. Sevinirəm ki, bu qünlərdə minlərlə Azərbaycan gənci öz vətənini qorumaq əzmini nümayiş etdirərək könüllü olaraq vahid düşmənimizə qarşı döyüşlərə atılmaq üçün müraciətlər edirlər. Bu artıq bizim qələbəmizdir. Allah bu müqəddəs, haqq mübarizədə Vətənimizi, Dövlətimizi, ordumuzu qorusun və bizi tezliklə Qarabağda qələbəyə nail etsin!..”

Tehsil-press.az

Oxşar xəbərlər