Avstriya Macarıstan və Sloveniya ilə dövlət sərhədinin mühafizəsində dronlardan istifadə edəcəkdir. Avqust ayında start veriləcək pilot layihə çərçivəsində dronlar sərhəd zolağında helikopterləri əvəz edəcək.
Bu məlumatı Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi açıqlamada təsdiqləyib. O qeyd edib ki, qeyri-leqal miqrant axınlarını nəzarətdə saxlamaq üçün indiyədək helikopterləri sərhəd boyunca havadan müşahidə aparır və bu uçuşlar olduqca baha başa gəlir. Xərcləri aşağı salmaq üçün nazirlikdə dronlardan istifadə barədə qərar verilib. Foto və videomaterialları real vaxt rejimində idarə mərkəzinə ötürən dronlar eyni zamanda istilik kameraları ilə də təhciz olunacaqdır.
Nazir həmçinin bildirib ki, Avropa İttifaqının xarici sərhəd nəzarəti effektiv şəkildə fəaliyyət göstərməyincə, Avstriya öz sərhədlərinin mühafizəsində yeni texnologiyaların tətbiqinə məcbur olacaqdır. O, aktual miqrasiya problemlərini müzakirə etmək üçün avqustun sonunda Yunanıstana səfər edəcəyini də bildirib.
Pilot layihə çərçivəsində bir neçə dron sistemi sınaqdan keçiriləcək, eyni zamanda hansı texniki göstərici və avadanlıqların sərhəd mühafizəsi üçün lazım olduğu öyrəniləcəkdir. Nazir açıqlamasında sərhədboyu zonada yaşayan yerli əhalini narahat edən məlumatların qorunması məsələsinə də aydınlıq gətirib və bildirib ki, əldə edilən görüntülər mütəmadi olaraq silinəcəkdir və bununla bağlı bütün konstitusion tələblər icra ediləcəkdir.
Həmçinin qeyd edilib ki, Macarıstan və Sloveniya tərəfi bu pilot layihə barədə məlumatlanıdırılıb və hər iki ölkə bu layihəyə maraq göstəriblər. Sloveniya tərəfi isə Xorvatiya ilə sərhədlərin mühafizəsində dronlardan istifadə üçün Avstriya tərəfinə əməkdaşlıq üçün təklif edib.
Tehsil-press.az