Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan olunub

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan olunub Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.
Müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər sentyabrın 9-dan 11-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər