Gürcüstanın iri şəhərlərində karantin qaydaları sərtləşdirildi

Gürcüstanın iri şəhərlərində karantin qaydaları sərtləşdirildi Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi hökuməti daha sərt tədbirlər görməyə məcbur edib.
Mövcud epidemioloji vəziyyət nəzərə alınmaqla ölkədə əlavə məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, noyabrın 9-dan etibarən Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində saat 22:00-dan 05:00-dək piyadaların və avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyətlər beynəlxalq yük daşımalarına şamil olunmayacaq.
Adıçəkilən şəhərlərdə uşaq bağçaları da müvəqqəti bağlanacaq, həmçinin ictimai nəqliyyatda sərnişin sıxlığının aradan qaldırılması üçün xüsusi tədbirlər görüləcək.
Bildirilib ki, bu qaydalara əməl etməyən hüquqi və fiziki şəxslər yüksək məbləğdə cərimə olunacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər