Azərbaycanda daha 2259 nəfər COVID-19-a yoluxub, 1101 nəfər sağalıb, 21 nəfər vəfat edib

Azərbaycanda daha 2259 nəfər COVID-19-a yoluxub, 1101 nəfər sağalıb, 21 nəfər vəfat edib Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2259 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 75 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib, aktiv xəstə sayı 19 571 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 377, ötən müddət ərzində isə ümumilikdə 1516084 test aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər