“Dirilən adam”da şok ayrılıq - məşhur aktrisa serialı niyə tərk etdi?

“Dirilən adam”da şok ayrılıq - məşhur aktrisa serialı niyə tərk etdi? “"Dirilən adam" serialında böyük sevgi və məsuliyyətlə canlandırdığım Rəfiqə obrazı ilə yollarımı ayırıram”.

Bu barədə Əməkdar artist Münəvvər Əliyeva məlumat yayıb.

55 yaşlı aktrisa 78-ci bölümdən sonra serialda olmayacağını deyib və səbəbini bu cür izah edib:

“Serialdan erkən ayrılma səbəbimi isə layihə tam başa çatdıqdan sonra açıqlayacağam. Hər son əslində yeni bir başlanğıcdır. Rəfiqə ilə vidalaşsam da, sənət yolum davam edir və inanıram ki, qarşıda bizi yeni görüşlər gözləyir”.

Xatırladaq ki, Dirilən adam serialı AzTV-nin tarixində ilk gündəlik çoxserialı layihədir və ötən ilin dekabrından yayımlanır. Layihə Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında hazırlanıb. Serialın baş rollarında Əməkdar artistlər Sənubər İsgəndərli, Füzuli Hüseynov, Günay Həsən, Yasin Həzi yer alırlar. Serialın ümumilikdə 150 bölüm olması nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər