Bu ölkədə koronavirusa yoluxanların sayı 18 milyonu ötdü

Bu ölkədə koronavirusa yoluxanların sayı 18 milyonu ötdü ABŞ-da koronavirusa yoluxanların sayı 18 milyonu ötüb. Bu barədə Con Hopkins Universitetindən bildirilib.
Onun məlumatına görə, pandemiyanın başladığı vaxtdan indiyədək Birləşmiş Ştarlarda 18 006 061 nəfər koronavirusa yoluxub.
Yoluxma sayına görə Kaliforniya ştatı liderlik edir (1 907 483 nəfər). Daha sonra Texas (1 602 988), Florida (1 212 581), İllinoys (905 069) və Nyu-York (857 049) gəlir.
ABŞ-da koronavirus səbəbindən ümumilikdə 319 190 nəfər dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər