Birlik ölkələrində COVID-19 pandemiyasına qarşı mübarizə məsələləri videokonfrans rejimində müzakirə olunub

Birlik ölkələrində COVID-19 pandemiyasına qarşı mübarizə məsələləri videokonfrans rejimində müzakirə olunub Rusiyanın “Mikrob” Taun Əleyhinə elmi-tədqiqat İnstitutunun bazasında Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Koordinasiya Şurası sanitar mühafizə problemləri üzrə iclas keçirib. Videokonfrans rejimində keçirilən iclasda Birlik Ölkələrində xüsusi təhlükəli infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məsələləri müzakirə edilib.
Şura üzvləri COVID-19-un MDB-yə üzv olan dövlətlərdə epidemioloji vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müzakirələrdə epidemiya prosesinin birlik ölkələrində son üç ay ərzindəki dinamikasından, xüsusiyyətlərindən, habelə qrip və Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ilə bağlı yaranmış vəziyyət araşdırılıb.
Görüş iştirakçıları öz ölkələrində epidemiya əleyhinə tətbiq olunan profilaktik və məhdudlaşdırıcı tədbirlərin, o cümlədən beynəlxalq səfərlərin effektivliyi barədə bir-birinə məlumat veriblər.
Görüşdə Birlik dövlətlərində COVID-19 əleyhinə populyasiya immunitetinin tədqiqatlarının nəticələri barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Avropa Regional Bürosunun təqdim etdiyi “UNITY tədqiqatları” çərçivəsində seroepidemioloji tədqiqatların nəticələri, həmçinin laboratoriya müayinəsinə yanaşmalar və istifadə olunan test sistemlərinin növləri müzakirə edilib.
Yeni koronavirus növünə qarşı vaksinlərin hazırlanmasının nəticələrinə xüsusi diqqət yetirilib. Hazırda Rusiya Federasiyasında iki növ vaksin qeydə alınıb. COVID-19 əleyhinə vaksin epidemiya göstəriciləri üzrə vaksinləmə təqviminə daxil edilib.
Görüşdə habelə MDB-yə üzvü olan dövlətlərdə əhalinin sanitariya və epidemioloji sağlamlığı sahəsindəki fövqəladə hallara dair məlumat mübadiləsi prosedurunun həyata keçirilməsi müzakirə edilib.
Bundan əlavə, tədbir zamanı Müstəqil Dövlətlər Birliyinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXXII iclasının nəticələri də görüşdə müzakirə predmeti olub.
Qeyd edək ki, bu ilin noyabr ayında MDB-yə üzv olan dövlətlərin ərazilərində xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması problemləri üzrə əlaqələndirmə Şurasının 20 yaşı tamam olmuşdur.

Tehsil-press.az



Oxşar xəbərlər