Macarıstanda təqaüd proqramı ilə təhsil almaq istəyənlərin nəzərinə: sənəd qəbulu yekunlaşır

Macarıstanda təqaüd proqramı ilə təhsil almaq istəyənlərin nəzərinə: sənəd qəbulu yekunlaşır Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu bu gün saat 23:59-da yekunlaşacaq.
Təqaüd proqramı Macarıstan İnsan Resursları Nazirliyi ilə 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.

Tehsil-press.az

Oxşar xəbərlər