Qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin hərbi xidmətə çağırış elan edib.
79 nömrəli fərman separatçı hökumətin saytında dərc olunub. Fərmana əsasən, 1994-2003-cü il təvəllüdlü kişilər aprelin 1-dən iyulun 15-dək hərbi xidmətə çağırılmalıdırlar.
Fərman 200 çağırışçının 6 ay müddətinə Xalq milisi sıralarında xidmət etmək üçün göndərilməsini nəzərdə tutur.
Rayon, şəhər, habelə şəhərlərdəki rayonların çağırış komissiyalarının əsas və ehtiyat tərkibinin təsdiq edilməsi də göstərilib. Yerli hakimiyyət orqanlarına Hərbi Komissarlıqla birlikdə çağırış fəaliyyətini həyata keçirmək, Səhiyyə Nazirliyinə - çağırışçıların stasionar və ambulator müayinəsinin (müalicəsinin) təşkili üçün tibb müəssisələrinin siyahısını müəyyənləşdirmək tapşırılıb.
Fərman martın 25-də imzalanıb və qüvvəyə minib.
Tehsil-press.az