22 müəssisədə qanunvericilik kobud şəkildə pozulub

22 müəssisədə qanunvericilik kobud şəkildə pozulub Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 07 aprel 2021-ci il tarixində ölkə üzrə 413 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 2943 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elmar Əkbər oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 26 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Turqut Elşən oğluna məxsus “Dürmək” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 20, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Fidana məxsus kafe;
4. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi ünvanında yerləşən, fiziki şəxs Yusifov Əşrəf Əkrəm oğluna məxsus kafe;
5. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 286K ünvanında yerləşən, fiziki şəxs Mikayılov Anar Fayiq oğluna məxsus restoran;
6. Bakı şəhəri, Yasamal ‎rayonu, Ə. Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən, Allahverdi Teymur Tofiq oğluna məxsus “Meat Garden” restoranı;
7. Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, ev 3-ün yaxınlığında yerləşən, fiziki şəxs Məmmədov Elvin Möhübbət oğluna məxsus dönərxana;
8. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, general Səməd bəy Mehmandarov küçəsi, ev 86 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Anar Gülağa oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 34 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Vüsal Saleh oğluna məxsus “Xal-xal” kafesi;
10. Bakı şəhəri, Nərimanov rayonu, V. Çəmənzəmənli küçəsi, ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;
11. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 15m ünvanında yerləşən, hüquqi şəxs “Katsu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
12. Bakı şəhəri, Qaradağ ‎rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Haqverdiyev Seymur Nizami oğluna məxsus çay evi;
13. Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən, fiziki ‎şəxs Nəsirov Cavid Məmməd oğluna məxsus kafe;
14. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Səməd Xaqani oğluna məxsus pivəxana;
15. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Rüstəmxanlı Bəhruz Dilavər oğluna məxsus kafe;
16. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Orucov Taleh Yusif oğluna məxsus "Kosta Kafe & Bar" kafesi;
17. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Bəhruz Səməd oğluna məxsus "999" kafesi;
18. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Mehdiyev Nurlan Canpolad oğluna məxsus "Milli burger" kafesi;
19. Ağstafa rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Qasımov Yaşar Vaqif oğluna məxsus kafe;
20. Salyan rayonu, Şorsulu kəndində yerləşən, fiziki şəxs Ağayev Qorxmaz Vilayət oğluna məxsus çay evi;
21. Göygöl rayonu, Çaykənd kəndində yerləşən, fiziki şəxs İsmayılov Təbriz İlqar oğluna məxsus restoran;
22. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Bəxtiyar Mirzə oğluna məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Tehsil-press.az


Oxşar xəbərlər