Əfqanıstanda daha bir partlayış olub, ölənlər və yaralananlar var

Əfqanıstanda daha bir partlayış olub, ölənlər və yaralananlar var Əfqanıstanın Parvan əyalətində sərnişin avtobusu partladılıb.
Cabal Sarac rayonunda baş verən partlayış nəticəsində 2 dinc sakin ölüb, 9 nəfər isə xəsarət alıb.
Xatırladaq ki, daha əvvəl Əfqanıstanın Zabul əyalətində terror aktı törədilmişdi. Partlayış nəticəsində 16 nəfərin öldüyü, 41 nəfərin isə yaralandığı bildirilirdi.
Qeyd edək ki, ötən gün Kabildə qızlar məktəbinin yaxınlığında törədilən partlayış nəticəsində 68 nəfər ölüb, 160 nəfər isə xəsarət alıb. Ölənlərin əksəriyyəti 11-15 yaşlı məktəblilər olub.

Tehsil-press.az


Oxşar xəbərlər