UNEC-də xarici dil müəllimləri işə qəbul edilir

UNEC-də xarici dil müəllimləri işə qəbul edilir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Arzu edənlər CV və təsdiqedici sənədlərini iyunun 15-dək [email protected] ünvanına göndərə bilərlər.
Müraciət edənlərdən ixtisas üzrə magistr dərəcəsi, beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 6 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 95) tələb olunur.
Pedaqoji təcrübəsi, innovativ tədris və təlim metodlarından istifadə bacarığı, pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı, kompüter istifadəsi bacarığı (ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları) olan namizədlərə üstünlük verilir.

Tehsil-press.az

Oxşar xəbərlər