Bu gün nə qədər adam peyvənd olunub?

Bu gün nə qədər adam peyvənd olunub? Bu gün Azərbaycanda koronavirus əleyhinə 53 478 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Birinci mərhələdə peyvənd olunanların sayı 21 166, ikinci mərhələ üzrə 32 312 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 417 173, ikinci mərhələ üzrə isə 1 546 929 nəfər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər