Təsviri incəsənət və fiziki tərbiyə fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verib

Təsviri incəsənət və fiziki tərbiyə fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verib 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində təsviri incəsənət və fiziki tərbiyə fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verib.
İmtahanlara ümumilikdə 2 min 594 namizəd dəvət olunub. Təsviri incəsənət fənni üzrə ən yüksək balı – 57 Nigar Məmmədova, fiziki tərbiyə fənni üzrə isə Günay Musayeva - 55 bal toplayıb.
Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər