CAR-da iğtişaşlarda ölənlərin sayı 117-yə çatdı

CAR-da iğtişaşlarda ölənlərin sayı 117-yə çatdı Cənubi Afrika Respublikasında (CAR) iyulun 9-dan etibarən baş vermiş iğtişaşlarda ölənlərin sayı arataraq 117 nəfərə yüksəlib.
Kiçik biznesin inkişafı naziri Xumbudzo Ntşaveni deyib. Kvazulu-Natalda 91 nəfər dünyasını dəyişib, 1478 nəfər saxlanılıb. Qautenqdə ölənlərin sayı isə 26 nəfərdir.
Qeyd edək ki, CAR-da sabiq prezident Ceykob Zuma ötən həftə həbs edilib. O, korrupsiyada ittiham edilərək 15 ay azadlıqdan məhrum edilib. Zumanın həbsindən sonra tərəfdarları küçələrə çıxaraq kütləvi iğtişaşlar törətməyə başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər