Bu həftə keçiriləcək qəbul imtahanlarına 3 min 309 nəzarətçi–müəllim cəlb edilib

Bu həftə keçiriləcək qəbul imtahanlarına 3 min 309 nəzarətçi–müəllim cəlb edilib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi cəlb edilib.
Xatırladaq ki, iyulun 27-də imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. İyulun 28-də isə yuxarıda qeyd olunan rayon və şəhərlərlə yanaşı (Qazax istisna), Naxçıvan, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı, Quba olmaqla, ümumilikdə 22 şəhər və rayonda imtahan keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər