Ümumi orta təhsil bazasında kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 nəfər qəbul olub

Ümumi orta təhsil bazasında kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 nəfər qəbul olub Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 abituriyent qəbul olub. Onların 1203 nəfəri Azərbaycan, 65 nəfəri isə rus bölməsində təhsil alacaq.
Xatırladaq ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələri üzrə qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər