ABŞ-da meymunlarda koronavirus aşkarlandı

ABŞ-da meymunlarda koronavirus aşkarlandı ABŞ-ın Corciya ştatının paytaxtı Atlantadakı bir zooparkda qorillalarda koronavirus aşkarlanıb.
Bir qorilla sürüsündə öskürək, burun axıntısı və iştahsızlıq əlamətləri müşahidə edilib:
“Qərbi Afrika düzənlik qorillası” növündən olan qorillalardan götürülən ağız və burun yaxması nümunələri Corciya Universitetinin laboratoriyasına göndərilib. Nəticələr müsbət olub”.
Zooparkdan neçə qorillanın yoluxması barədə məlumat verilməsə də, ABŞ mətbuatı onların sayının 13 olduğunu yazıb.

Tehsil-press.az


Oxşar xəbərlər