ABŞ əfqanların ölkəyə girişini daha bir həftə dayandırdı

ABŞ əfqanların ölkəyə girişini daha bir həftə dayandırdı “Qızılca infeksiyasına görə əfqan qaçqınları ölkəyə gətirən uçuşların təxirə salınma müddəti daha yeddi gün uzadılıb”.
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib.
“ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzinin tələbi ilə “Müttəfiqlər xoş gəldi” əməliyyatında ABŞ-a uçuşlar ölkəyə son zamanlarda gətirilən bəzi əfqanlar arasında qızılcanın aşkarlanmasına görə bu gündən başlayaraq daha yeddi gün təxirə salınmış olaraq qalacaq”, - Kirbi bildirib.
O əlavə edib ki, keçən həftə ABŞ-a gətirilən daha dörd əfqanda qızılca aşkarlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər