“Əfqanıstandakı təxliyyə əməliyyatı problemsiz davam edir. Avqustun 14-dən bəri yeddi min nəfər təxliyyə olunub”.
Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi mətbuata açıqlamasında deyib.
Kirbi ABŞ Prezidenti Co Baydenin “Lazım olsa, Əfqanıstanda 31 avqustdan sonra da qala biləcəklərinə” dair açıqlaması ilə bağlı bildirib ki, bu barədə danışmaq tezdir:
“Hələlik önümüzdəki tarix 31 avqustdur. O günə qədər maksimum sayda insanı Əfqanıstandan çıxaracağıq. Əgər bir tarix dəyişikliyi olsa, bunu Talibanla danışmağımız lazım olacaq. Ancaq indi elə bir məsələ müzakirə mövzusu deyil”.
Tehsil-press.az