Dünya liderlərindən vaksin sənədi tələb edildi

Dünya liderlərindən vaksin sənədi tələb edildi BMT sentyabrın 21-də Nyu-Yorkda başlayacaq 76-cı Baş Assambleya iclaslarına qatılacaq lider və nümayəndələrdən vaksin vurdurduqlarına dair sübut göstərmələrini istəyəcək.
Bu barədə Nyu-York Bələdiyyəsi BMT-yə məktub ünvanlayıb.
Xatırladılıb ki, şəhərdə qapalı məkanlara girişdə vaksin məcburiyyəti var və bu qayda BMT-nin binasına girişdə də tətbiq olunmalıdır.
Artıq BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid 193 ölkəyə bu barədə məktub göndərib.

Tehsil-press.az

Oxşar xəbərlər