Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümü ərəfəsində Anadolu Agentliyinə və “France-24” televiziya kanalına geniş müsahibə verib. Hər iki müsahibədə dövlət başçısı bir sıra ciddi məqamlara aydınlıq gətirib. Belə ki, Anadolu Agentliyinə verdiyi müsahibədə İran yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə yük daşımasına sərt reaksiya verərək bunun bizə, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik olduğunu və məsələyə son qoyulmalı olduğunu diqqətə çatdırdı. Həmçinin “France-24” telekanalına müsahibəsində isə jurnalistin Qarabağa muxtariyyət verməklə bağlı sualına son nöqtəni qoyaraq məsələnin artıq müzakirə mövzusu olmadığını, bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilərin ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşları olduğunu bir daha vurğuladı.
Bu məqamda Prezidentin hər iki müsahibədə səsləndirdiyi sözügedən mövzularla bağlı fikirlərinə deputat Vahid Əhmədovun reaksiyasını öyrənib. V. Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyev ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, indi də çox ciddi mesajları beynəlxalq ictimaiyyətə çatdırır:
Prezident İranın yük maşınlarından danışdı - “Bizə qarşı hörmətsizlikdir”
“Son zamanlar müharibədən keçən 1 il ərzində bir sıra ciddi hadisələr baş verib və buna da Cənab Prezident öz münasibətini bildirib. Birincisi, İranla bağlı məsələdir ki, bu məsələ dövri mətbuatda da bir neçə dəfə səsləndirilib. Biz də öz fikrimizi bununla bağlı bildirmişik. Cənab Prezident məhz Anadolu Agentliyinə verdiyi müsahibədə tamamilə düzgün olaraq qeyd etdi ki, İran faktiki olaraq bizim qonşu və dost ölkəmizdir, ancaq buna baxmayaraq Ermənistana yüklər göndərir, müəyyən təminat işləri ilə məşğul olur. Elə Zəngəzur tərəfdə polis postlarının, sərhədin qurulması da bununla əlaqədar idi.
Amma mən yenə də bildirim ki, İran öz siyasətindən əl çəkmir. Dünən yenə bir molla artıq-əskik danışmağa başladı. Onlar başa düşmürlər ki, Azərbaycan dövləti artıq o dövlət deyil. Azərbaycan lazım olanda öz sözünü deyəcək. Dövlət başçısı müstəqil siyasət aparır. İran müsəlman dövləti olaraq bu xarici siyasətindən əl çəkməlidir. Əl çəkməsə, əlbəttə bu ciddi problem yarada bilər.
Dövlət başçımızın İrana münasibəti həmişə müsbət olub. Hətta Azərbaycanda İranın müəyyən layihələr həyata keçirməsinə müəyyən güzəştlər edilib. Sənaye parklarının yaradılması, dərman preparatları zavodunun tikilməsi və.s İran rəsmiləri həmişə yüksək səviyyədə qəbul edilib. Ancaq İran 44 günlük müharibə dövründə də Ermənistana yardımlarını əsirgəmədi. İndi də yenidən yardım etmək söhbətləri meydana çıxır. Əlbəttə, İran tək deyil, Rusiya həmişə onların yanında olub. Amma Rusiya İrana baxanda özünü müəyyən qədər nizamlı aparır”.
Deputatın sözlərinə görə, dövlət başçısı “France-24” telekanalına verdiyi müsahibədə də muxtariyyətlə bağlı məsələyə toxundu və tamamilə düz buyurdu ki, nə status?!:
Prezident muxtariyyət məsələsinə nöqtə qoydu
“Əlbəttə, heç bir statusdan söhbət gedə bilməz. Hansısa dövlət istəyirsə ki, belə bir müstəqil dövlət yaratsın, onu öz ərazisində yarada bilər. Biz də onu tanıyaq və bildirək ki, belə bir dövlət var. Amma Azərbaycan ərazisində bu olmayacaq. İkincisi, bu oyunların başında duran dövlətlərdən başqa Ermənistanın özünün də siyasətində çox ciddi problemlər var. Bir tərəfdən Türkiyə prezidenti Ərdoğana görüş üçün yalvarırlar. Digər tərəfdən İlham Əliyevə yalvarırlar ki, müəyyən məsələləri həll edək. Başqa tərəfdən isə artıq-əskik hərəkətlərə yol verirlər. Ona görə də hansı müstəqillikdən söhbət gedə bilər?! Status məsələsi bitib. Cənab Prezident fərman imzalayıb. Fərmanda göstərilib ki, Qarabağ və Zəngəzur iqtisadi zonaları var. Burada başqa zonalar yoxdur.
Hamısı Azərbaycan əraziləridir. O ərazilərdə də vaxt gələcək Azərbaycan bayrağı yüksələcək. Azərbaycanın milli valyutası, atributları fəaliyyət göstərəcək. Ona görə də bunlar boş xülyalardır. Həm qonşu dövlətlər, həm də Ermənistan bunu nə qədər tez anlasalar Ermənistan üçün də yaxşı olar, həm də bu dövlətlərlə Azərbaycan arasında olan münasibətlər gərginləşməz. Azərbaycan ümumiyyətlə münasibətlərin gərginləşməsinin tərəfdarı deyil. Cənab Prezidentin apardığı siyasət açıq siyasətdir və bildirir ki, Azərbaycan sülh tərəfdarı olan dövlətdir”.
Tehsil-press.az