Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Hərbi Qənimətlər Parkında olublar

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Hərbi Qənimətlər Parkında olublar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim heyəti və tələbələri Vətən müharibəsinin ildönümü günlərində, tarixi Zəfərin birinci ili ərəfəsində Hərbi Qənimətlər Parkında olublar.
Universitetin kollektivi 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika, sursatlarla tanış olublar.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında rəşadətli Ordumuzun azad olunan ərazilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi Qələbəmizin dünyaya sübutudur.

Tehsil-press.az

Oxşar xəbərlər