Qızının riyaziyyatı zəif bilməsinə görə polisə müraciət etdi - “Məni tutun”

Qızının riyaziyyatı zəif bilməsinə görə polisə müraciət etdi - “Məni tutun” Çində ata qızının riyaziyyatı zəif bilməsinə görə qeyri-adi addım atıb.
Szyansu əyalətinin Kunşan şəhərindən olan ata qızının riyazi biliklərinin zəif olmasına görə magistral yola uzanaraq etiraz edib. O, hadisə yerinə gələn polislərdən özünün tutulmasını xahiş edib.
Çinli ata qızının 800-dən 700 çıxdığını və "900" cavabını aldığı üçün bu addımı atdığını bildirib. Qəzetin yaydığı məlumata görə, polis əməkdaşları valideyni çətinliklə də olsa, evinə yola sala biliblər.
Sosial şəbəkələrin Çin seqmentində istifadəçilər atanın bu addımını birmənalı qarşılamayıb. Bəziləri valideynin övladının dərsinə qarşı diqqətli davrandığını yazıb, bəziləri isə bunu asayişi pozmaq kimi qiymətləndirib.

Tehsil-press.az


Oxşar xəbərlər