Makron futbol oynadı - Video

Makron futbol oynadı - Video Fransa prezidenti Emmanuel Makron xeyriyyə məqsədilə təşkil olunan futbol matçında iştirak edib.
Dövlət başçısı oyunda yarımmüdafiəçi kimi çıxış edib və penaltidən qol da vurub.
Makronun komandası Poissy Xəstəxanasının heyəti ilə qarşılaşıb və 6:1 hesablı qələbə qazanıb. Fransa prezidentinin komandasında Arsen Venger, Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular yer alıb.
Matçdan toplanan vəsait Paris Xəstəxanalar Vəqfinə yönəldiləcək.



Tehsil-press.az

Oxşar xəbərlər