Qadınlar, hər zaman gözəl qalmağı arzulayır. Buna görə, yaşlanma əleyhinə olan prosedurlara müraciət edirlər.
Trixoloq-kosmetoloq Tatyana Yeqorova isə hesab edir ki, qadının vaxtından əvvəl yaşlanması bir neçə mineral və vitamin çatışmazlığının əlamətidir. Yəni, bu elementlər orqanizmdə yetərli olduğu qədər qadın dərisi gec yaşlana bilər. Kosmetoloq bu barədə öz sosial şəbəkə səhifəsində qeyd edib.
Dərinin yaşlanmasına ilk səbəb vitamin D çatışmazlığıdır. Vitamin C və dəmir də qadının orqanizmi üçün əhəmiyyətli hesab edilir. Həkim bildirib ki, vitamin çatışmazlığını aradan qaldırmaq üçün istifadə edilən dərmanlar mütləq həkim məsləhəti ilə seçilməlidir. Bununla yanaşı, bu dərmanları qəbul etməyə başlamamışdan öncə analizlər vermək lazımdır. Analizlərin nəticəsində vitamin çatışmazlığı müəyyən edildikdən sonra həkimin tövsiyyə etdiyi dərmanları qəbul etmək olar.
"Vitaminləri düzgün şəkildə qəbul etmək lazımdır. Əvvəlcə kiçik doza ilə başlayıb, sonra doza həddini artırmaq lazımdır. Bunların hamısı fərdi qaydada təyin edilir. Yəni, sənin rəfiqənə yazılan resepti sən istifadə edə bilməzsən. İstənilən artıq doza, ağır nəticələrə səbəb ola bilər",- deyə həkim qeyd edib.
Mütəxəssislərin fikrincə, bütün qadınlar D vitamini çatışmazlığı yaşayır. Bu isə öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına, immun sistemin gücdən düşməsinə səbəb olur.
"Həyatımızda D vitamininin böyük əhəmiyyəti var. Onun çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb ola bilər. Buna görə də uşaqların qidasına D vitamini əlavə edilir. Bundan başqa, osteoporozun müalicəsi zamanı da vitamin D böyük rol oynayır" - deyə həkim bildirib.
Tehsil-press.az