Dünya bu dərmanlardan çoxdandır ki, imtina etdi. Biz hələ də içirik...

Dünya bu dərmanlardan çoxdandır ki, imtina etdi. Biz hələ də içirik... Rusiya mütəxəssisləri bütün dünyada istifadədən çıxarılmış, lakin postsovet ölkələrinin əksəriyyətində hələ də istifadə olunan dərmanlar haqqında məlumat verib.
Bu dərmanlar bizdə də çox geniş istifadə olunur.
Tehsil-press.az bu dərmanların siyahısı ilə tanış edir:
- Biseptol. Elmi araşdırmalar göstərib ki, bu preparat öz effektivliyini itirib (mikrobların əksəriyyəti ona qarşı davamlıdır). Bu səbəbdən bu preparatdan istifadə bi çox hallarda effekt vermir. Bundan əlavə uzun müddət ərzində istifadə olunduqda biseptol çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Bunları nəzərə alaraq mütəxəssislər daha müasir və effektli mikrob əleyhinə preparatlardan istifadə etməyi tövsiyə edirlər.
- Korvalol və valokordin. Bu preparatlar ürək tutması və ürək xəstəlikləri zamanı effektsizdir. Həmçinin onların tərkibində olan trankvilizator tez bir zamanda asılılıq yaradır. Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər. Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.
- Validol. Ürək tutması və ürək ağrıları zamanı heç bir effekt vermir, yalnız yüngül sakitləşdirici kimi təsir edir.
- Levomesitin. Bu antibiotikin çox ciddi yanaşı təsirləri var. Bu səbəbdən mütəxəssislər daha müasir və yanaşı təsirləri az olan antibiotiklərdən istifadə etməyi tövsiyə edirlər.
Sonda nəzərinizə çatdıraq ki, istənilən dərman preparatı, hətta söhbət "ziyansız" vitamin və minerallardan gedirsə belə yalnız və yalnız həkim tərəfindən təyin olunmalıdır. Özünümüalicə ilə məşğul olmayın! Bu ağır fəsadlara səbəb ola bilər!

Tehsil-press.az

Oxşar xəbərlər