Britaniya molnupiraviri koronavirusun müalicəsi üçün təsdiqləyən ilk ölkə oldu

Britaniya molnupiraviri koronavirusun müalicəsi üçün təsdiqləyən ilk ölkə oldu Böyük Britaniya molnupiravir preparatının koronavirusun müalicəsi üçün istifadəsinə icazə verən ilk ölkə olub.
Sözügedən dərman Amerikanın “Merck” şirkəti tərəfindən istehsal olunub.
Britaniyanın Dərman Vasitələrinə və Tibbi Təyinatlı Məhsullara Nəzarət Agentliyinin məlumatına görə, molnupiravir yüngül və orta dərəcəli COVID-19 olan insanlarda xəstəxanaya yerləşdirilmə və ölüm risklərini azaltmaq üçün təhlükəsiz və effektivdir.
Ölkənin səhiyyə naziri Sacid Cavid bugünkü günü ölkə üçün tarixi gün adlandırıb: “Böyük Britaniya koronavirusa qarşı evdə istifadə etmək mümkün olan preparatı təsdiq edən ilk ölkə oldu”.

Tehsil-press.az


Oxşar xəbərlər