Koronavirusun "Delta" ştammı "Omikron" variantından daha təhlükəlidir - ÜST

Koronavirusun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri koronavirusun "omikron" ştammının "delta" ştammından daha az təhlükəli olduğunu bildirib. Bununla belə, Cənubi Afrikada müəyyən edilmiş omikron "ştammı" "delta" ilə müqayisədə peyvəndlərə daha az həssas ola bilər.
ÜST-ün mütəxəssisləri belə qənaətə ilkin araşdırmaların cavablarını təhlil etdikdən sonra gəliblər. Qeyd olunur ki, "omikron" ştammının müəyyən edilmiş halların əksəriyyəti asimptomatik olub və ya xəstələrdə yüngül və orta dərəcəli simptomlar müşahidə edilib.
"İlkin məlumatlara əsasən, peyvəndin "omikron" ştammına qarşı effektivliyinin azaldığın ehtimal etmək olar", - deyə təşkilatın yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bu variant artıq 63 ölkədə aşkarlanıb. Sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər