Çavuşoğlu BƏƏ-də səfərdədir

Çavuşoğlu BƏƏ-də səfərdədir Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliyinə gedəcək.
Səfər BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyanın dəvəti ilə gerçəkləşəcək.
Səfər zamanı baş tutacaq görüşlərdə ikitərəfli əlaqələr, eləcə də, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.
***
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun BƏƏ-yə səfəri başlayıb.
“Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdəyik”, - deyə Türkiyənin XİN rəhbəri öz tviter hesabında yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər