Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı

Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı “Ötən 2021-ci il Ermənistan üçün çətin il oldu”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən deyib.
“2021-ci il müharibənin dəhşətləri səbəbindən yaranan sosial-psixoloji və siyasi böhranla başladı. Bəzən elə təəssürat yaranırdı ki, müharibədən sonraki həyəcan idarəolunmaz hal alacaq, xaosa və vətəndaş qarşıdurmasına çevriləcək”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hələ müharibənin sarsıntısını dəf etməyib və hələ uzun müddət də etməyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər