Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeni il münasibətilə bir-birini təbrik etdikdən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Telefon danışığı zamanı həmçinin beynəlxalq mövzulara, o cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinə zəmanət verən hüquqi cəhətdən rəsmiləşdirilmiş sazişlərin işlənib hazırlanmasına dair məlum təkliflərə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviyada vəziyyətin nizamlanması məsələlərinə də toxunulub.
Tərəflər şəxsi təmasları davam etdirməyə razılaşıblar.
Tehsil-press.az