Putin Ərdoğanla Suriyada deesklasiya zonalarında birgə fəaliyyəti müzakirə etdi

Putin Ərdoğanla Suriyada deesklasiya zonalarında birgə fəaliyyəti müzakirə etdi Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriyada deesklasiya zonalarının sabit fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin koordinasiya edilməsi məsələsini müzakirə ediblər.
Bu məsələ iki ölkə lideri arasında bu gün baş tutmuş telefon söhbəti zamanı müzakirə edilib.
Eləcə də V.Putin və R.T.Ərdoğan iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın aktual istiqamətləri üzrə də söhbət aparıblar.
Qeyd edək ki, bu gün Rusiya prezidenti V.Putinlə Türkiyə prezidenti R.T.Ərdoğan arasında telefon danışığı olub.
Kremlin yaydığı məlumata görə, V.Putin və R.T.Ərdoğan telefon söhbəti zamanı baş tutmuş Suriya Milli Dialoqu Konqresi barədə müzakirələr aparıblar.
Hər iki ölkə lideri konqresin yekunlarını yaxşı qiymətləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər