Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Dövlət başçıları telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Bildirilir ki, ikitərəfli və regional əməkdaşlığa dair mövzular da müzakirə obyekti olub.
Türkiyə və Rusiya prezidentləri arasında bundan əvvəl fevralın 8-də, Türkiyənin Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə bağlı telefon danışığı olmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər