Almaniya Qazaxıstandakı vəziyyətlə əlaqədar olaraq Almatıdakı konsulluğunun işini dayandırıb, öz vətəndaşlarına oraya səfərdən çəkinməyi tövsiyə edib.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin xaricdəki vəziyyətlə bağlı yenilənmiş məlumatında bildirilib.
"Mövcud vəziyyəti nəzərə alaraq, Almatıdakı baş konsulluq növbəti xəbərdarlığa qədər bağlıdır, konsulluq dəstəyi Nur-Sultandakı səfirlik vasitəsilə mümkündür. Bundan əlavə, PCR testləri ilə bağlı çətinliklər var”, - məlumatda deyilir.
Qeyd edək ki, hazırda Almatıda antiterror əməliyyatı aparılır.
Tehsil-press.az