Almatıda antiterror əməliyyatı keçirilir - 2 hərbçi həlak olub

Almatıda antiterror əməliyyatı keçirilir - 2 hərbçi həlak olub Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir.
Bu barədə Almatı merinin müavini Yerjan Babakumarov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri hava limanını etirazçılardan azad edib. Hava limanı normal iş rejiminə keçib.
Almatı hava limanında keçirilən antiterror əməliyyatı zamanı iki qazaxıstanlı hərbçi həlak olub.

Tehsil-press.az

Oxşar xəbərlər