Misir Almaniya Xarici İşlər Nazirliyinin dekabrın 20-də Qahirədə keçiriləcək məhkəmə və insan hüquqlarının pozulması ilə bağlı bəyanatını “ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə” kimi qiymətləndirib.
Misir Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında Almaniya hökumətinin iddialarının “yolverilməz və hüququn təhrif olunmuş faktlar əsasında pozulması” olduğu qeyd olunub. Rəsmi Qahirə hüquqşünas Məhəmməd əl-Bağer və daha iki fəalın məhkəməsinin ədalətli və qanun çərçivəsində keçiriləcəyini vurğulayaraq əlavə edib ki, Almaniya bu cür məsələlərdə “ikili standartlar”dan çıxış edir.
Misir XİN-in bəyanatında deyilir: “Almaniya hökumətinin Misirin daxili işlərinə, xüsusən hüquq sisteminə kobud müdaxiləsi təəccüb və təəssüf doğurur. Rəsmi Berlin başqalarının daxili işlərinə qarışmaqdansa, yaxşı olar ki, öz problemləri ilə məşğul olsun”.
Qeyd edək ki, Məhəmməd əl-Bağer və yoldaşları terrorçuluq ittihamı ilə mühakimə olunurlar.
Tehsil-press.az