Üç aydan çoxdur qarışıq birləşdirici toxuma xəstəliyindən əziyyət çəkən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Mələk Abbaszadənin son vəziyyəti açıqlanıb.
Teatrın direktor müavini İlham Məmmədov bildirib ki, aktrisa Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe xəstəxanasında lazımi müayinədən keçib:
“Mələk xanıma xəstəliyi remissiyaya salmaq üçün müalicə sxemi təyin edilib”.
O, aktrisanın özünü yaxşı hiss etdiyini qeyd edib: “Mələk Abbaszadə fevralın sonu-martın əvvəlində səhnəyə dönməyi planlaşdırır”.
Tehsil-press.az