Sarkisyan səlahiyyətlərini o icra edəcək

Sarkisyan səlahiyyətlərini o icra edəcək İstefa verən Ermənistan Prezidenti Armen Sarkisyanın səlahiyyətlərini Ermənistan Milli Assambleyasının (parlamentinin) sədri Alen Simonyan icra edəcək.
O, bu işi növbədənkənar seçkilərə qədər həyata keçirəcək.
Ermənistan konstitusiyasına görə, növbədənkənar prezident seçkiləri 25 və 35 gündən gec olmayaraq keçirilir.
Qeyd edək ki, prezident parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər