Paşinyan: “İrəvan Bakı ilə avtomobil və dəmir yolu əlaqəsini açmağa hazırdır”

Paşinyan: “İrəvan Bakı ilə avtomobil və dəmir yolu əlaqəsini açmağa hazırdır” Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır.
Bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
“Yollara (avtomobil yollarına – red.) gəlincə, Brüssel və Soçi görüşlərindən sonra biz təkliflər hazırlayıb Azərbaycan tərəfinə, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik. Azərbaycandan müsbət cavab aldıqdan sonra biz avtomobil yolları marşrutlarının inşası və bərpası prosesini həyata keçirməyə hazırıq”, - deyə Paşinyan bəyan edib.
Dəmir yolu əlaqəsinin bərpası perspektivlərindən danışan hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, bu yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir.
“Əslində, bu, beynəlxalq yükdaşıma yoluna çevriləcək və ona görə də biz onu mümkün qədər tez de-yure rəsmiləşdirməli, sənədi imzalamalı, ratifikasiya tələb olunarsa, ratifikasiya etməliyik”, - deyə hökumət başçısı vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər