Ukraynadakı vəziyyətlə əlaqədar daha 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olunub

Ukraynadakı vəziyyətlə əlaqədar daha 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olunub Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184 vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.
İndiyədək "Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri ilə həyata keçirilən təxliyə zamanı əsasən qadınlara, uşaqlara, ahıllara və səhhətində problem olanlara üstünlük verilib.
Ölkəmizə təxliyə olunan vətəndaşlarımız göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, indiyədək 10 minə yaxın vətəndaşımız Ukraynadan ölkəmizə təxliyə olunub.
Qeyd edək ki, Ukrayna ilə həmsərhəd ölkələrdən vətəndaşlarımızın çarter reysləri və avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər