“Ukraynanın cənubundakı regionlar öz müqəddəratlarını təyin edəcəklər”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Eritreya xarici işlər naziri Osman Mohamed Saleh ilə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
Belə ki, jurnalistlər ona Ukraynanın cənubunda rus ordusunun nəzarətinə keçən bölgələrin Rusiyaya qatılıb-qatılmayacağı ilə bağlı suallar ünvanlayıblar.
"Ukraynanın cənubundakı bəzi bölgələr, o cümlədən, Xerson vilayəti Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib. Ukraynanın cənubundakı bu yerlər də daxil olmaqla, Rusiyanın yeni xəritə formasından danışmaq olarmı?" sualına Lavrov belə cavab verib:
“Xüsusi hərbi əməliyyat mülki əhalinin müdafiəsi üçün həyata keçirilib".
Lavrov Ukraynadakı mülki əhalinin öz ölkəsindəki militarizm və neonasizmdən zərər gördüyünü, Ukrayna rəhbərliyinin rus mədəniyyətini və dilini məhv etməyə cəhd etdiyini bildirib:
"Təbii ki, insanlar belə bir totalitar zülm altındadır. Bu insanların əhval-ruhiyyəsi birinci yerdə olmalıdır. Biz xüsusi hərbi əməliyyat elan edəndə bu düşüncə ilə başladıq: Ukrayna xalqı öz müqəddəratını özü həll edəcək. Başqaları deyil, onlar qərar verməlidirlər. Ukrayna uzun illərdir ki, xaricilərin nəzarətindədir, insanlar bundan beziblər”.
Tehsil-press.az