UNEC-də “E-ticarət” dərsi praktik nümunələrlə tədris olunub

UNEC-də “E-ticarət” dərsi praktik nümunələrlə tədris olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Magistraturasında elektron kommersiya ixtisaslaşması üzrə təhsil alan magistrantlara “E-ticarət” dərsi praktik nümunələrlə tədris olunub.
Magistrantlar tədris prosesində əldə etdikləri bilik və bacarıqlar sayəsində “Amazon” və “eBay” platformalarında ilkin uğurlu satışlarını həyata keçiriblər.
Tədris müddətində magistrantlar üçün “Payoneer”, “Amazon”, “eBay”, “Alibaba”, “Azexport” kimi nəhəng onlayn alış-veriş platformalarında satıcı hesabları yaradılıb, eləcə də həmin platformalarda qeydiyyat, iş prinsipi real göstərilib. Həmçinin beynəlxalq yükdaşımaların təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, elektron ticarətdə təhlükəsizliyin təmini, təchizatçılarla əlaqələrin qurulması, proseslərin avtomatlaşdırılması barədə mövzular tədris prosesində real keyslərlə təqdim olunub. Proqram çərçivəsində tədris aparan müəllimlər müvafiq sahədə dünyanın nüfuzlu universitetlərində tədris almış mütəxəssislərdir.

Tehsil-press.az


Oxşar xəbərlər