Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) təkcə siyasi təşkilatlarını deyil, ümumiyyətlə, bütün qurumu əhatə edən islahatların aparılması üçün bir sıra təkliflər irəli sürüb.
Avropanın gələcəyinə dair konfransın bağlanış mərasimindəki çıxışında Fransa Prezidenti Aİ-nin müqavilələrinə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib. “Şübhəsiz ki, bütün müqavilə məntlərində islahatlar aparmalı olacağıq, bu, artıq aydın məsələdir. Bu islahatların aparılmasının yollarından biri də müqavilələrə yenidən baxılması üçün fövqəladə iclasın çağırılmasıdır. Bu, Avropa Parlamentinin təklifidir və mən onu təsdiqləyirəm”,-deyən E.Makron Aİ-nin 27 dövlət başçısının iyunda keçiriləcək sammitində bu məsələni müzakirəyə çıxarmağı təklif edib.
Həmçinin E.Makron Ukraynanın Aİ-yə daxil olması prosedurunun onilliklər davam edə biləcəyini deyərək, ona paralel olaraq “Avropa siyasi qrupu” yaratmaq çağırışı edib. “Yeni Avropa təşkilatı dəyərlərimizə sadiq olan Avropa dövlətlərinə siyasət, təhlükəsizlik və əməkdaşlıq sahələrində yeni məkanlar tapmağa imkan verəcək”,-deyə E.Makron vurğulayıb.
Fransa Prezidentinin təklifi Aİ-yə üzv dövlətlər tərəfindən birmənalı qarşılanmayıb. Üzv ölkələrin yarısı bu təklifin əleyhinə çıxıb. Aİ-nin müqavilələrinə yenidən baxılmasının əleyhinə olan 13 dövlət bildirib ki, bu layihələrin həyata keçirilməsi təhlükəlidir, onlar ehtiyatsız və erkən cəhdlərin tərəfdarı deyillər.
Tehsil-press.az