Putin və Makron Qarabağda vəziyyətin sabitləşməsindən danışıb

Putin və Makron Qarabağda vəziyyətin sabitləşməsindən danışıb Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Rusiya və Fransa liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Eyni zamanda, Qarabağda vəziyətin nizamlanmasına dair fikir mübadiləsi aparılıb, vəziyyətin sabitləşməsi və regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.
Vurğulanıb ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə də sinxron fəaliyyət göstərmək niyyətindədirlər.

Tehsil-press.az

Oxşar xəbərlər