2022-2023 tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək üçün 59 mindən artıq namizəd qeydiyyatdan keçib.
Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin icra etdiyi ikili diplom proqramı çərçivəsində "Təhsil siyasəti və idarəetməsi" ixtisası üzrə ilk “Məzun günü”ndə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il müsabiqədə bir sıra yeniliklər tətbiq olunacaq. Belə ki, müsabiqənin test imtahanı mərhələsində imtahan müddəti 90 dəqiqədən 120 dəqiqəyə artırılıb. Eyni zamanda test imtahanı mərhələsi 100 ballıq sistemlə qiymətləndiriləcək. Test imtahanında 60 sual – 40 sual ixtisas üzrə, 20 sual pedaqogika üzrə təqdim olunacaq. İxtisas sualları 2 balla, pedaqogika üzrə suallar isə 1 balla qiymətləndiriləcək.
Tehsil-press.az